10 HƏDIS
(12)
Hədis 110: Həzrət
Əli (ə) buyurur: “Ağıllı
şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına
dəyişməsin.”
* * *
Hədis 111: Həzrət
Əli (ə) buyurur: “Kimə
bu dörd şey verilsə, ona
dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı
(haramlardan)
gözləmək, xoş xasiyyət.”
* * *
Hədis 112: Həzrət
Əli (ə) buyurur:
“Qəzəbdən çəkin ki, onun
başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”
* * *
Hədis 113: Həzrət
Əli (ə) buyurur: “Ağıllı
şəxs odur ki, dilini
saxlasın.”
* * *
Hədis 114: Həzrət
Əli (ə) buyurur: “Yalan
dünyada rüsvayçılıq,
axirətdə isə əzabdır.”
* * *
Hədis 115: Həzrət
Əli (ə) buyurur: “Allaha
itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”
* * *
Hədis 116: Həzrət
Əli (ə) buyurur: “Mö`min
o adamdır ki, sevgisi Allaha görə,
nifrəti Allaha görə,
alış-verişi
də Allaha görədir.”
Hədis 117: Həzrət
Əli (ə) buyurur: “Alim
cahili tanıyır, çünki
özü də əvvəl cahil olmuşdur.”
* * *
Hədis 118: Həzrət
Əli (ə) buyurur: “Nadan
alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”
* * *
Hədis 119: Həzrət
Əli (ə) buyurur: “Yaxşı
işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”
* * *
|